“Fənərbaxça” 2025-ci ildə ilk transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədə “Fanatik” nəşri məlumat yayıb.
İstanbul təmsilçisi “Əl-Nəsr”dən Anderson Talişkanın keçidini həll edib.
Braziliyalı yarımmüdafiəçinin keçidi Türkiyədə qış transfer pəncərəsinin başlayacağı 13 yanvar tarixində açıqlanacaq. 30 yaşlı futbolçu “Fənərbaxça”da illik 7,5 milyon avro maaş alacaq.