Türkiyə Superliqasının 18-ci turunda “Konyaspor” səfərdə “Alanyaspor”la qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, konyalılar bu matçda 1:2 hesabı ilə məğlub olub.
Matçdan sonra komandanın azarkeşləri uğursuz nəticə göstərən klubun futbolçularına etiraz ediblər.
Futbolçular da onların etirazlarını qarşılıqsız qoymayıb. Onlar tribunaya yaxınlaşaraq üzr istəyiblər və komandanın kapitanı Yusuf Erdoğan azarkeşlərə növbəti matçda qələbə qazanacaqlarına dair söz verib.
O, tərəfdarlara üz tutaraq and içib: “Vallah, qalib gələcəyik. “Fənərbaxça”nı udacağıq”.
Sözügedən görüntüləri təqdim edirik: