“Samsunspor”un baş məşqçisi Tomas Reis Yeni il tətilindən gec qayıdan futbolçularını cəzalandırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klub açıqlama yayıb.
Belə ki, Oliver Ntkam, Landri Dimata, Qatan Laura və Flavyen Taitini məşqlərdən kənar buraxılıb.
Bununla yanaşı, adıçəkilən futbolçuların bu gün keçiriləcək “Trabzonspor”la oyunda da yer ala bilməyəcəyi vurğulanıb.