COP29

Mübariz Mənsimov niyə klub prezidenti olmaq istəmədi? - FOTO

30 Dekabr 2024 15:15 Türkiyə 2 549
Mübariz Mənsimov niyə klub prezidenti olmaq istəmədi? - FOTO

“Beşiktaş”ın yeni prezidenti seçilib.

Açılan 17 qutunun nəticələrinə görə, Serdal Adalı rəqibi Hüseyn Yücəli səs çoxluğu ilə üstləyib.

Nəticələrə əsasən, Serdal Adalı 5516, Hüseyn Yücel isə 2296 səs toplayıb.

İş adamı S.Adalı 2012-2015-ci illərdə hokkey klubunun prezidenti vəzifəsində çalışıb. 2018-ci ildə yenidən bu vəzifəyə təyin edilib.

O, həmçinin “Beşiktaş”da vitse-prezident və futbol komitəsinin rəhbəri vəzifələrində çalışıb. 2013 və 2020-ci illərdə “Beşiktaş” prezident seçkilərində də namizəd olub.

besiktasin-yeni-prezidenti-o-oldu

Əvvəlki başqan Hasan Arat noyabrın 27-də istefa verib.

«Beşiktaş» fanatları Mübariz Mənsimovu prezident postunda görürdü. Onlar bu məqsədlə sosial şəbəkələrdə kampaniya başlatmışdı.

«Ağ-qaralar»ın tərəfdarları əmin idi ki, azərbaycanlı oliqarx vəzifə başına keçsəydi, böyük pullar xərcləyəcək, «Beşiktaş»ı daha iddialı duruma gətirəcək.

Mənsimov 20 ildən artıqdır «qara qartallar»ın pərəstişkarıdır. O, vaxtilə konqres üzvü olub, klubun daxili həyatında yaxından-uzaqdan iştirak eləyib, bəzi transfer əməliyyatlarının həyata keçirilməsinə vəsait ayırıb.

Ancaq «Xəzər Lənkəran»ın yaradıcısı son anda budəfəki seçkilərə qatılmaq istəməyib. Şirkət sahibinin prosesdən kənarda qalmasının bir neçə səbəbi var.

Onlardan biri yerli məhkəmənin qərarı ilə ölkədən çıxışına qadağanın qoyulmasıdır.

Digər amil rəhbəri olduğu şirkətin maliyyə vəziyyətinin hələ də tam düzəlməməsidir. Lənkəranlı keçmiş maqnat indiki halda seçimi qazanacağına şübhə ilə yanaşdığından, şansını yoxlamaqdan vaz keçib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti