COP29

Azərbaycan şirkəti məşhur kluba nə qədər büdcə ayırıb?

29 Dekabr 2024 19:25 Türkiyə 550
Azərbaycan şirkəti məşhur kluba nə qədər büdcə ayırıb?

“Qalatasaray”ın sponsorlardan illik gəliri müəyyənləşib.

Sportinfo.az-ın Türkiyə mediasına istinadən yaydığı xəbərə görə, “sarı qırmızılılar” bu haqda İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) rəsmən hesabat verib.

Klubun 2024-cü ildə 25 milyon 850 min avro və 1 milyard 183 milyon 286 min türk lirəsi (bugünkü məzənnə ilə təqribən 50 milyon avro) gəliri olub.

İstanbul klubunun avro ilə ən çox gəlir qazandığı şirkətlər arasında SOCAR birinci yeri tutur - 15 milyon avro. “Puma” ikinci (5 milyon avro), “Türk Hava Yolları” 3-cü (2,5 milyon avro), “Arkham” isə 4-cüdür (1,9 milyon avro).

Türk lirəsi ilə ən çox gəlir isə “Rams” şirkətindən (245 milyon TL) olub.

SOCAR “Qalatasaray”ın Avropa kuboklarındakı matçlarında rəsmi titul - forma sponsorudur.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2024 22:30 “Neftçi”də neçə lider var?