Arda Turan La Liqa klubunun baş məşqçisi ola bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə “Ajansspor” məlumat yayıb.
Bildirilib ki, türkiyəli mütəxəssis İspaniya La Liqasında Çempionlar Liqası səviyyəsində bir klubla razılaşmaq üzrədir.
Onun 10 gün ərzində “Eyüpspor”dan ayrılması gözlənilir.
Arda məşqçilik karyerasına 2023-cü ilin aprelində “Eyüpspor”da başlayıb.
Turan futbolçu karyerasında İspaniyanın “Atletiko” və “Barselona” klublarında formda geyinib.