Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Şabab" Fatih Terimi baş məşqçi postuna gətirdiyini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın sosial şəbəkə hesabında video paylaşılıb və "salam, İmperator" yazılıb.
Fatih Terim son olaraq Yunanıstanda "Panatinaikos" klubunun baş məşqçisi olub. 71 yaşlı mütəxəssis Türkiyə millisində və "Qalatasaray"da bir sıra tarixi nailiyyətlər əldə edib.