“Beşiktaş”ın azarkeşləri Avropa Liqası çərçivəsində baş tutacaq “Tvente” (Niderland) ilə səfər matçına buraxılmayacaq.
Sportinfo.az xəbər verir ki, görüşün keçiriləcəyi Enshede şəhərinin meri Roelof Blekerin İstanbul klubunun vitse-prezidentləri Mete Vardar və Onur Göçmezə rəsmi məktub göndərib.
Məktubda qeyd edilib ki, “Beşiktaş”ın keçmişdə Avropada oynadığı matçlarda azarkeşlərin davranışı səbəbilə “Tvente” - “Beşiktaş” qarşılaşmasında qonaqların fanatlarına yer ayrılmayıb.
“Qartallar” da məsələ ilə bağlı UEFA-ya müraciət edib.
Klub “Tvente” ilə matçın başqa bir şəhərdə və ya Niderlanddan kənarda - başqa bir ölkədə keçirilməsini istəyir.
"Tvente” – “Beşiktaş” matçı yanvarın 30-u saat 00:00-da baş tutacaq.