COP29

"Mən onun əlini sıxmamaqla tərbiyəsizlik etmişəmsə, qoy tərbiyəsiz olum" - Gündəm olan olaydan VİDEO+FOTO

12:20 Türkiyə 364
"Mən onun əlini sıxmamaqla tərbiyəsizlik etmişəmsə, qoy tərbiyəsiz olum" - Gündəm olan olaydan VİDEO+FOTO

Türkiyə superliqasının 17-ci turunda keçirilən “Trabzonspor” - “Bodrum” (1:0) matçında meydan sahibinin çalışdırıcısı Şenol Güneş qonaqların baş məşqçisi Volkan Demirelə əl uzatsa da, o buna məhəl qoymayıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfrasında V.Demirel Ş.Güneşə əl uzatmaması ilə bağlı suala belə cavab verib:

“Ölənə sayğısı olmayan biri, dirisinə heç hörmət etməz”.

Demirel bu zaman Türkiyədə baş vermiş son güclü zəlzələ zamanı Güneşin dediyi sözləri xatırladıb:

“Biz can dərdinə düşəndə, ölənlərin şəxsiyyətini morqlarda müəyyənləşdirməyə çalışanda Şenol Güneş özünü ozamankı klubuna yaxşı göstərmək üçün “Hatayspor” və “Qaziantep” çempionatda oynaya bilər” sözlərini demişdi.

Bu gün isə matçda qələbə qazanmalarının da təsiri ilə tuneldə mənə “tərbiyəsiz” dedi.

Mən onun əlini sıxmamaqla tərbiyəsizlik etmişəmsə, qoy tərbiyəsiz olum. Sən isə ölənlərin ruhuna hörmət etmədiyin üçün tərbiyəsizsən”.

Ş.Güneş də V.Demirelin açıqlamalarını cavabsız qoymayıb: “Mənim vəzifəm qonağa “xoş gəlmisən”, deməkdir.

İt də gəlsə, “xoş gəlmisən” deyərəm. Ölənlər üzərindən özünə xal toplamağa çalışana isə mən hörmət etmərəm”.

2023-cü ilin fevralında Türkiyədə, o cümlədən Hatay şəhərində onminlərlə insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra o zaman Volkan Demirelin baş məşqçisi olduğu “Hatayspor” çempionatda iştirakını dayandırıb.

Həmin zaman Şenol Güneş isə “Beşiktaş”ın baş məşqçisi olub.


Digər Xəbərlər
Xəbər Lenti
22 Dekabr 23:20 AFFA-nın "gizli hesabatı"