Hakim Ziyeş klub rəhbərliyi və baş məşqçi ilə fikir ayrılıqlarından sonra “Qalatasaray”ı tərk edə bilər.
Sportinfo.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi yanvardakı transfer pəncərəsində klubunu dəyişməyə hazırlaşır.
Ziyeşin karyerasını Portuqaliya çempionatında davam etdirmək imkanı var. “Benfika”nın onun xidmətində maraqlı olduğu bildirilir.
31 yaşlı futbolçu Türkiyə çempionatının cari mövsümündə 5 oyun keçirib, 1 məhsuldar ötürmə edib. Onun İstanbul klubu ilə müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.