“Göztepe”nin azarkeşi Fatih Özkan həbs olunub.
Sportinfo.az xəbər verir ki, buna Super Liqanın 2-ci turunda keçirilən “Göztepe” - “Fənərbaxça” matçında qonaq klubun prezidenti Ali Koça qarşı etdiyi hərəkət səbəb olub.
A.Koçu itələyərək yerə yıxan azarkeş məhkəmənin qərarına əsasən, 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Həmin şəxs haqda daha əvvəl ev dustaqlığı qərarı verilmişdi. F.Özkan məhkəmədəki son sözünündə bəraət tələb edib.