“Qalatasaray”ın mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeş qalmaqallı açıqlamalarla diqqət çəkib.
Sportinfo.az xəbər verir ki, o, komandanın baş məşqçisi Okan Buruku tənqid edib.
H.Ziyeş artıq İstanbul təmsilçisində oynamaq istəmədiyini bildirib: “Qalatasaray” mənim üçün bitdi.
Burada xoşbəxt deyiləm. Hamısında dedim ki, yanvar ayında gedəcəm.
Heç kəs məndən nəsə soruşmur, özüm üçün qərarlar verirəm. Okan Buruk qədər aşağı səviyyəli məşqçi görmədim.
Heç bir şey maraqlı deyil. Məndən əl çəksinlər, nə edirlərsə, özləri bilər.
Bura gəldiyimə peşmanam. Mövsümün əvvəlində ayrılacaqdım, amma imkan vermədilər. İndi isə zamanıdır”.