COP29

“Bu gün yata bilsəm, sabah yata bilməsəm... Onları avtobusun altına ata bilmərəm”

13 Dekabr 10:00 Türkiyə 209
“Bu gün yata bilsəm, sabah yata bilməsəm... Onları avtobusun altına ata bilmərəm”

Xəbər verdiyimiz kimi, Avropa Liqasında Liqa mərhələsinin 6-cı turunda “Fənərbaxça” evdə İspaniya “Atletik”inə 0:2 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo oyundan sonra bunları deyib:

“Komanda ilk hissədə qol buraxdıqdan sonra yaxşı oynadı. 1-0 onsuz da ədalətli nəticə deyildi,

2-0 sinəmizə bıçaq zərbəsi kimi oldu. 10 nəfər qaldıqdan sonra işlər çətinləşdi.

Azarkeşlər kədərlidirlər, amma bizdən daha kədərli deyillər. Bazar günü daha bir matç var və biz sakit olmalıyıq”.

Portuqaliyalı mütəxəssis sözlərinə belə davam edib:

“Futbolçularımdan razıyam. Onları avtobusun altına ata bilmərəm.

“Daha yaxşı oyunçular istəyirəm” deməyimi gözləməyin. Kaş Jayden, Kostiç və Oğuz Aydın da əlimizdə olardı.

Necə çətin vəziyyətdə olduğumu görürsünüz. Qarşıda matçlarımız var.

Bu gün yata bilsəm sabah yata bilməsəm, bu gecə növbəti matçı düşünməyə başlayacam”.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!