“Qalatasaray”ın baş məşqçisi Okan Buruk yenidən şəxsi həyatı ilə gündəmə gəlib.
Sportinfo.az “Fanatik” nəşrinə istinadən xəbər verir ki, mütəxəssisin bu dəfə boşanmaq üzrə olan 44 yaşlı keçmiş model Güzide Duranla eşq yaşadığı deyilir.
Bir neçə gün əvvəl Nişantaşıda görüntülənən və vəkili ilə görüşən Duran boşanması ilə bağlı xəbərlərə “Bəli, doğrudur”, - deyə cavab verib.
Bundan əvvəl isə Burukun adı müğənni Hadisə ilə hallanırdı.
Qeyd edək ki, Güzide Duranın ayrıldığı 16 illik həyat yoldaşı iş adamı Adnan Aksoydur.
Okan Buruk isə 2007-ci ildə evləndiyi Nihal Akkuşla bu ilin fevralında yollarını ayırıb.
Güzidenin iki, Burukun isə bir övladı var.