Türkiyə Super Liqasının 14-cü turunda “Eyüpspor”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Abdülkərim Bardakcının durumu açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.
Türkiyə mətbuatı futbolçunun 1 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.
Bardakçı bu mövsüm “Qalatasaray”da ümumilikdə 20 oyuna çıxıb. 2 qol vurub və 2 qol ötürməsi edib.