Türkiyənin əfsanəvi futbolçularından Nihat Kahveci “Fənərbaxça”nın Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Slaviya”ya qalib gəldiyi matç (2:1) haqqında danışıb.
Sportinfo.az xəbər verir ki, o bu barədə “Kontraspor” yutub kanalında yayımlanan verilişdə Dzekonun baxımlı qolunu xüsusi şərh edib.
“Bir futbolçu ancaq bu qədər gözəl yaşlana bilər. Ceko, sənin sol ayağını öpüm.
O necə bir zərbə idi?! Normalda sol ayaqla vurar, top auta gedər.
Mükəmməl bir qola imza atdı. İkinci hissədə də “Fənərbaxça” irəliyə atıldı”.
Sözügedən qolun videosunu təqdim edirik: