“Trabzonspor”un ümumi borcunun miqdarı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klub İctimaiyyəti Məlumatlandırma Platformasına hesabat təqdim edib.
Superliqa təmsilçisinin ümumi borcu 10 milyard türk lirəsini keçib.
Həmçinin klub 219 milyondan çox zərərə uğrayıb.
“Trabzonspor” hazırda Superliqanın turnir cədvəlində 12 xalla 13-cü yerdədir.