COP29

Bakıda 10 milyon avroluq transfer danışıqları apardı - "Qalatasaray"

22 Noyabr 20:20 Türkiyə 494
Bakıda 10 milyon avroluq transfer danışıqları apardı - "Qalatasaray"

"Qalatasaray" "Fluminense"də (Braziliya) çıxış edən Con Ariası transfer etmək istəyir.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi yayda heyətinə qata bilmədiyi kolumbiyalı vinger üçün yenidən hərəkətə keçib.

Bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Bakıda keçirilən COP29 samnitində iştirak edən "Qalatasaray"ın İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu tədbirə qatılan "Fluminense" rəsmiləri ilə transferi yenidən müzakirə edib. "Sarı-qırmızılar"ın rəsmisi Braziliya klubuna 10 milyon avro tələb edib.

Yayda "Qalatasaray"dan 18 milyon avro tələb edən "Fluminense"nin bu məbləği aşağı salacağı gözlənilir.

"Fluminense" Con Ariası 2021-ci ilin yayında "İndependyente Santa Fe"dən (Kolumbiya) transfer edib.

Kolumbiya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində keçirdiyi 190 rəsmi matçda 42 qol və 42 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi