COP29

“Bizlik bir iş yoxdur” - Onunla bağlı aparılan araşdırmaya REAKSİYA VERDİ

15:40 Türkiyə 122
“Bizlik bir iş yoxdur” - Onunla bağlı aparılan araşdırmaya REAKSİYA VERDİ

Xəbər verdiyimiz kimi, İstanbul Cümhuriyyət Prokurorluğu Türkiyədə bir neçə telekanala və “Exxen” videoşəbəkəsinə sahib olan “Fənərbaxça”nın ikinci prezidenti Acun Ilıcalı haqqında araşdırmaya başlayıb.

Sportinfo.az “NTV Türkiyə”yə istinadən xəbər verir ki, o, məsələ ilə bağlı açıqlama verib.

“Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına məxsusdur. TV8-in bu məsələ ilə bağlı heç bir əlaqəsi yoxdur.

Türkiyədə oynanılan milli oyunların reklam lövhələrinin satışı Türkiyə Futbol Federasiyasına aid olduğu kimi, Monteneqro-Türkiyə matçının reklam lövhələrinin satışı da Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib”, - Ilıcalı açıqlamasında deyib.

Bir müddətdir Türkiyədə qanunsuz mərc oyunları şəbəkəsi və bu sistemə qoşulmuş şəxslərə qarşı tədbirlər həyata keçirilir.

Digər Xəbərlər
Xəbər Lenti