COP29

Kerem 5 qol vurdu, hər iki ayın yaxşısı seçildi

6 Noyabr 10:00 Türkiyə 1 229
Kerem 5 qol vurdu, hər iki ayın yaxşısı seçildi

Türkiyə millisinin və “Benfika”nın yarımmüdafiəçisi Kerem Aktürkoğlu sentyabr və oktyabr ayları üçün Portuqaliya çempionatının ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliya Liqasının mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu 5 matçda 5 qol vurub və 2 assist edərək son iki ayın ən yaxşı oyunçusu adına layiq görülüb.

Kerem Aktürkoğlunun bazar dəyəri 18 milyon avrodur. Onun “Benfika” ilə müqaviləsi 2029-cu ilə qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti