"Amedspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, I Liqa təmsilçisini Servet Çetin çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Diyarbakır klubu Azərbaycan kökənli 43 yaşlı mütəxəssislə 2024/2025 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
"Amedspor" bir neçə gün öncə Ersun Yanalla yollarını ayırmışdı.