Türkiyəli atlet Selene Durna evinin eyvanından yıxılaraq faciəvi şəkildə vəfat edib.
Sportinfo.az xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.
Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.
Ötən il "Beşiktaş" klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.