COP29

“Onun mənim haqda dediklərinə 13 yaşlı uşağım güldü” - VİDEO

00:00 Türkiyə 110
“Onun mənim haqda dediklərinə 13 yaşlı uşağım güldü” - VİDEO

“Məyus oluram ki, bizim ölkədə hər şey reytinq xətrinədir”.

Sportinfo.az xəbər verir ki, bunu “Borrussiya”nın baş məşqçisi Nuri Şahin “Mackolik”ə müsahibəsində deyib.

Təcrübəli çalışdırıcı sabiq futbolçu Sergen Yalçının bir müddət öncə onu tənqid etməsi ilə bağlı sualı cavablayıb:

“Sergen Yalçının həmin fikirlərini dinləyəndə güldüm. Yalan deyil, sadəcə, komikdir. Bu mövzulara girmək mənə yaraşmaz

. Çünki verilişlər ona görə hazırlanır. Reytinq olsun, danışılsın. Bu mövzuda danışmaq mənim həyat fəlsəfəmə, dəyərlərimə yanlış bir şeydir. Heç vaxt çıxıb bir məşqçini və ya bir oyunçunu tənqid etmərəm.

Məsələn mən Farioli (bir zamanlar Türkiyədə də işləmiş “Ayaks”ın hazırkı baş məşqçisi) haqqında danışmağa cəsarət edə bilmərəm, etmərəm də. Çünki adamın etdikləri ortadadır

. “Borussiya” kimi bir klubun məni hansı kriteriyalara görə məşqçi seçdiyini öyrənmək istəyirsə, burada xeyli departament var, onlarla gəlib danışa bilər”.

Nuri Şahin Sergen Yalçına oğlunun sözləri ilə cavab verib:

“Həmin video oğlum Ömərin qarşısına çıxıb. Çünki bu, sosial mediadir, alqoritmi var.

Uşaqların qarşısına çıxır. O, mənə dedi ki, ata, bu nə qədər gülməli bir şərhdir. Bəli, bunu 13 yaşında uşaq dedi”.

Baş məşqçi öz ölkəsində bu kimi hallarla qarşılaşdığı üçün məyus olduğunu bildirib. O, bununla bağlı “Real”da çıxış edən türkiyəli futbolçu Arda Gülərdən nümunə gətirib:

“Mən illərdir ki, Qvardiolanın bütün mətbuat konfranslarını izləyirəm. O, qarşısında ispan bir məşqçi olduğu zaman yerə-göyə sığdıra bilmir.

Bu insanlara belə şeyləri izləmələrini tövsiyə edirəm. Məsələn, Arda Gülər Çempionlar Liqasını qazandı, mən uduzdum.

Amma nəticədə bir türk futbolçunun Çempionlar Liqasının qazanması məni çox qürurlandırdı. O, çox dəyərli bir uşaqdır.

Bir çox bacarıqlı futbolçularımız və məşqçilərimiz var. Bunlar qürurvericidir”.

Sözügedən müsahibənin bir hissəsini təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 21:20 Mahir Emreli nəsə edib?
22 Oktyabr 04:00 Anna AFFA-nın binasında
22 Oktyabr 01:10 Rayon klubundan bir ilk