Türkiyədə 2-ci liqada çıxış edən “Batman Petrolspor”un futbolçusu Mert Çaparın “1461 Trabzon”a vurduğu qol marağa səbəb olub.
Sportinfo.az xəbər verir ki, top oyunda olarkən trabzonluların qapıçısı onu yerə qoyaraq futbolçularına ötürmək istəyib.
Bu zaman M.Çapar fürsətdən istifadə edərək topu “oğurlayıb”.
Onu vurduğu bu qol müzakirələrə səbəb olub.
Görüş “Batman Petrolspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Sözügedən görüntüləri təqdim edirik: