Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Malmö"nün hücumçusu Erik Botheym karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportinfo.az xəbər verir ki, "Beşiktaş" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
İstanbul təmsilçisi 24 yaşlı forvard üçün qışda İsveç klubuna rəsmi təkliflə müraciət edəcək.
"Malmö" Erik Botheymi bu ilin fevral ayında "Salernitana"dan transfer edib.
Norveç millisinin üzvü Avropa Liqası Liqa mərhələsinin 2-ci turunun Bakıda keçirilən matçında "Qarabağ"a 2 qol vurub.