UEFA Millətlər Liqasının 4-cü turunun İslandiya - Türkiyə oyunu təxirə salına bilər.
Sportinfo.az xəbər verir ki, oyunun bu gün Bakı vaxtı ilə saat 22.45-də başlaması nəzərdə tutulub.
Lakin Türkiyə mediasının İslandiyanın "Visir" nəşrinə istinadən yazdığına görə, matçın keçiriləcəyi "Laugardalsvöllur" stadionunun meydançasının oyuna qədər donmaq təhlükəsi var.
Bildirilib ki, UEFA nümayəndələri məsələ ilə əlaqədar dünən İslandiya Futbol Federasiyasının və meydançaya cavabdeh şəxslərlə iclas keçirib. İclasda təxirəsalınma ilə bağlı qərar verilməyib.
"Laugardalsvöllur" stadionu
Ancaq bu gün meydança yenidən yoxlanılacaq və oyunun təxirə salınıb-salınmayacağına dair UEFA qəti qərar verəcək.
O da bildirilib ki, "Laugardalsvöllur" stadionunun meydançanının isitmə sistemi yoxdur. Bu səbəbdən meydan donma təhlükəsinə qarşı müdafiəsizdir.
Məlumata görə, təxirə salınma qərarı verilərsə, matç oktyabrın 15-i keçiriləcək.
Oyunun keçiriləcəyi Reykyavik şəhərində bu gün 4 dərəcə şaxta var.