COP29

“İki il çalış, heç nə etmə, uğur qazanma, sonra belə klubda məşqçi ol – Bu, necə olur?” - VİDEO

00:50 Türkiyə 455
“İki il çalış, heç nə etmə, uğur qazanma, sonra belə klubda məşqçi ol – Bu, necə olur?” - VİDEO

Türkiyəli sabiq futbolçu Sergen Yalçın “Borrusiya”nın (Dortmund) baş məşqçisi Nuri Şahinlə bağlı qərəzli açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, çalışdırıcının uğurlarının səbəbini anlamadığını bildirib.

“Dortmundda məşqçi olmaq bu qədər asandırmı? Antalyada iki il çalış, heç nə etmə, uğur qazanma, sonra “Borussiya”da məşqçi ol.

Məsələn, bu necə olur? 10 il Anadoluda çalışdım və hamısında uğur qazandım. Sonra “Beşiktaş”a gələndə dedilər təcrübəsi yoxdur”.

Türkiyəli mütəxəssis Nuri Şahin bu ilin iyun ayında “Borussiya”nın baş məşqçisi olub.

Onun komandasının iki gün əvvəl Çempionlar Liqasının əsas mərhələsində “Seltik”i (7:1) böyük hesabla məğlub etməsi dünya mediasının gündəminə düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 22:20 Problem tək Emindirmi?
3 Oktyabr 16:30 Çək və bizə göndər!