COP29

Azərbaycan şirkəti Türkiyədə daha bir klubun sponsoru oldu

25 Sentyabr 20:40 Türkiyə 476
Azərbaycan şirkəti Türkiyədə daha bir klubun sponsoru oldu

“SOCAR Türkiyə” bu ölkənin birinci liqasında çıxış edən “Iğdır” futbol klubunun forma sponsoru olub.

Sportinfo.az xəbər verir ki, tərəflər arasında 2024-2025 mövsümünü əhatə edən müqavilə imzalanıb.

İmzalama mərasimində “SOCAR Türkiyə”nin CEO-su Elçin İbadov və “Iğdır”ın prezidenti Cantürk Alagöz iştirak edib. Sözləşməyə əsasən, futbol klubu bütün rəsmi matçlarında formasında şirkətin loqosunu daşıyacaq.

SOCAR “Qalatasaray”ın da forma sponsorudur.

Digər Xəbərlər
Xəbər Lenti