COP29

Özünü baş məşqçi kimi aparmadı, paltardəyişmə otağına girişi qadağan edildi

25 Sentyabr 10:00 Türkiyə 809
Özünü baş məşqçi kimi aparmadı, paltardəyişmə otağına girişi qadağan edildi

Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Kayserispor”un baş məşqçisi Burak Yılmazı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə TFF-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Yılmazın “Trabzonspor”la oyunda rəqib azarkeşlərə qarşı qeyri-idman hərəkətinə görə cəzalandırılmasına qərar verilib.

O, 1 rəsmi oyundan kənarlaşdırılıb, ona paltardəyişmə otağına və ehtiyat oyunçu skamyasına giriş qadağan edilib. Bundan əlavə, baş məşqçiyə 58.500 lirə məbləğində cərimə tətbiq olunub.

Digər Xəbərlər
Xəbər Lenti