COP29

"Qalatasaray"ın legionerini istəyir - "Fənərbaxça"nın sabiq çalışdırıcısı

24 Sentyabr 00:10 Türkiyə 1 754
"Qalatasaray"ın legionerini istəyir - "Fənərbaxça"nın sabiq çalışdırıcısı

"Qalatasaray" və Uruqvay millisinin futbolçusu Lukas Torreyra Türkiyəni tərk edə bilər.

Sportinfo.az “TRT Spor”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçu Səudiyyə Ərəbistanı klubları maraq göstərir.

Bu ölkənin yüksək liqasında yarışan “Əl-Şabab” Torreyranı qış “transfer pəncərəsi” zamanı heyətinə qatmağı planlaşdırır.

Ərəb klubunun baş məşqçisi Vitor Pereyra Lukasın transfer edilməsini rəhbərlikdən xahiş edib.

Torreyranın “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti