Xəbər verdiyimiz kimi,Türkiyə Super Liqasının VI turunda İstanbul derbisi keçirilib.
“Fənərbaxça” doğma azarkeşləri önündə “Qalatasaray”a 3:1 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, “sarı-lacivərd”lərin baş məşqçisi Joze Mourinyo oyunsonrası mətbuat konfransında iştirak etməyib.
Bildirilib ki, “Qalatasaray”ın baş məşqçisi Okan Burukun mətbuat konfransına gec gəlməsi və tədbirin uzun çəkməsinə görə Mourinyo konfransa gəlməyib.