"Ştutqart"ın kapitanı Atakan Karazor milli komanda ilə bağlı seçimini edib.
Sportinfo.az xəbər verir ki, Almaniyada doğulmuş 27 yaşlı dayaq yarımmüdafiəçisi Türkiyə yığmasında çıxış edəcək.
Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Təcrübəli futbolçunun Türkiyə vətəndaşlığı alması üçün başladılan prosedur artıq yekunlaşıb. Baş məşqçi Vinçenso Montella dəvət edəcəyi təqdirdə, Karazor "ay-ulduzlular"ın şərəfini qoruyacaq.
Atakan Karazor 2019-cu ilin yayından "Ştutqart"da çıxış edir. Türk yarımmüdafiəçi bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol vurub.