Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.
Kenan Koçakla 1+1 illik müqavilə imzalandığı bildirilir. O, bu vəzifədə Cihat Arslanı əvəzləyib. Ankara təmsilçisi "Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu ilə də danışıqlar aparırdı.
Renat Dadaşov bu mövsüm "Ankaragücü"nün heyətində 5 oyuna çıxıb, 2 qol vurub və 1 qolun ötürməsini edib. Onun komandası Türkiyə 1-ci Liqasının turnir cədvəlində 13-cü yerdədir.