Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Ankaragücü" baş məşqçisiz qalıb.
Sportinfo.az xəbər verir ki, Cihat Arslan komandanın baş məşqçi postunu tərk edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.