“Beşiktaş” növbəti transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi “Benfika”dan Joa Marionu heyətinə qatıb.
Futbolçu ilə 1+2 illik rəsmi müqavilə imzalanıb.
“Ağ-qaralar” bu mövsüm icarə əsasında çıxış edəcək 31 yaşlı portuqaliyalı ulduzun transfer haqqını 2025-ci ildə alacaq və ödənişi hissə-hissə edəcək.
Covanni Van Bronxostun rəhbərliyi altında yeni mövsümə iddialı başlayan “Beşiktaş” bununla da 8-ci transferini reallaşdırıb.
Portuqaliyalı oyunçu “Benfika”dan öncə “Sportinq” (Lissabon), “Vest Hem”, “Lokomotiv” (Moskva) və “İnter”də oynayıb.