COP29

Güneş yenidən "Trabzonspor"un üzərində “doğdu”

4 Sentyabr 00:10 Türkiyə 501
Güneş yenidən "Trabzonspor"un üzərində “doğdu”

Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Güneşin yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 72 yaşlı mütəxəssis "Trabzonspor"a baş məşqçi təyin olunub.

Bu barədə Superliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ş.Güneşlə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Şenol Güneşin son klubu "Beşiktaş" olub. O, ötən ilin oktyabr ayında vəzifəsindən ayrılıb. Mütəxəssis 1986, 1988-89, 1993-97, 2005 və 2009-2013-cü illərdə də "Trabzonspor"a baş məşqçilik edib.

Ş.Güneş 2000-2004 və 2019-2021-ci illərdə Türkiyə millisini çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar