COP29

"Qalatasaray"lı hücumçu bu kluba icarəyə verildi - RƏSMİ

31 Avqust 15:40 Türkiyə 486
"Qalatasaray"lı hücumçu bu kluba icarəyə verildi - RƏSMİ

"Qalatasaray" Vilfred Zahanı icarəyə verib.

Sportinfo.az xəbər verir ki, istanbul təmsilçisi 31 yaşlı hücumçunu "Lion"a göndərib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fil Dişi Sahili millisinin üzvü olan Zaha 2024/2025 mövsümünü Fransa klubunun heyətində keçirəcək. "Lion" afrikalı futbolçu üçün "sarı-qırmızılar"a 3 milyon avro icarə haqqı ödəyəcək.

Vilfred Zaha 2023-cü ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli oyunçu Super Liqa nəhənginin heyətində meydana çıxdığı 43 rəsmi matçda 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti