“Yanq Boyz”a məğlubiyyətdən sonra “Qalatasaray”ın rəhbərliyi arasında istefaların olacağı bildirilir.
Sportinfo.az xəbər verir ki, artıq bununla bağlı yerli vaxtla saat 18:00-da İdarə Heyətinin təcili iclası çağırılıb.
Toplantıda klubdakı son vəziyyət və istefalarla bağlı önəmli qərarların açıqlanacağı gözlənilir. “Qalatasaray”ın idarə heyətinin üzvü Ali Yücenin toplantıdan əvvəl istefa verdiyi, daha 3 üzvün isə istefa verəcəyi deyilir.
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxan “Qalatasaray” “Yanq Boyz”a 0:1 (iki oyunun nəticəsinə görə 2:4) hesabı ilə məğlub olub.
Çempionlar Liqası ilə vidalaşan Türkiyə klubu yolunu Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.