COP29

“Qalatasaray”da yaşanan böhrana Azərbaycandan REAKSİYA - VİDEO

28 Avqust 21:20 Türkiyə 1 595
“Qalatasaray”da yaşanan böhrana Azərbaycandan REAKSİYA - VİDEO

“Həqiqətən “Qalatasaray” kimi klubun “Yanq Boyz”a məğlub olaraq, Çempionlar Liqasının əsas mərhələsindən kənarda qalması camiə adına fiaskodur.

Klub daxili problemlərlə çalxalanır.

Erden Timurun getməsi ilə futbolçu-yeni idarə heyəti arasında xaotik durumun olduğu bildirilir. Bu vəziyyətdə isə hədəfdə olan şəxs baş məşqçi Okan Burukdur.

Onun yerinə isə artıq göz dikən var. Bu, “İmperetor” ləqəbli Fatih Terimdir. Qarşıdakı günlərdə mediada oxşar xəbərlər izləsəz, təəccüblənməyin”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində oynanılan “Qalatasaray” – “Yanq Boyz” matçı (0:1) barədə danışıb.

İstanbul klubunun məğlubiyyətinin səbəblərini diqqətə çatdıran Cəfərov burada cərəyan edən son hadisələr barədə fikirlər səsləndirib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti