COP29

"Qalatasaray"ın yollarını ayırmaq istədiyi legioner hara gedir?

27 Avqust 12:00 Türkiyə 837
"Qalatasaray"ın yollarını ayırmaq istədiyi legioner hara gedir?

"Qalatasaray"ın yollarını ayırmaq istədiyi Serjio Oliveyra karyerasını Yunanıstanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, "Panatinaikos" portuqaliyalı yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə yunan mətbuatı məlumat yayıb.

"Yaşıllar" 32 yaşlı orta xətt oyunçusu ilə razılıq əıldə edib. "Panatinaikos" İstanbul təmsilçisi ilə danışıqları davam etdirir.

"Qalatasaray" Serjio Oliveyranı 2022-ci ilin yayında "Roma"dan transfer edib.

Təcrübəli futbolçu "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 58 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti