COP29

Türkiyə millisinin sabiq yarımmüdafiəçisi karyerasını bitirdi - 31 yaşında

27 Avqust 2024 01:30 Türkiyə 567
Türkiyə millisinin sabiq yarımmüdafiəçisi karyerasını bitirdi - 31 yaşında

Türkiyə millisinin və “Beşiktaş”ın sabiq futbolçusu Oğuzhan Özyakub karyerasını sonlandırıb.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi özü bu qərarını açıqlayıb.

Oğuzhan son olaraq Niderlandın “Fortuna” klubunun şərəfini qoruyub.

2012-2022-ci illər aralığında “Beşiktaş”da çıxış edən Özyakub bu müddət ərzində üç dəfə Türkiyə çempionatının, bir dəfə ölkə kubokunun, bir dəfə isə superkubokun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Yanvar 02:30 Toyundan FOTOLAR paylaşdı