"Qalatasaray" Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Yanq Boyz"la qarşılaşacaq.
Sportinfo.az zəbər verir ki, ilk matçda zədələnən "sarı-qırmızılar"ın qapıçısı Fernando Musleranın durumu müəyyənləşib.
Uruqvaylı qolkiperin zədəsi ciddi deyil.
38 yaşlı qapıçı isveçrəlilərlə oyunda komandasına kömək edə biləcək.
"Qalatasaray" səfərdə keçirilən matçda "Yanq Boyz"a 2:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu isə avqustun 27-də İstanbulda baş tuatcaq.