COP29

“İstəməzdim ki, başqa hadisələr baş versin, nə oldu?” - FOTO

21 Avqust 10:20 Türkiyə 435
“İstəməzdim ki, başqa hadisələr baş versin, nə oldu?” - FOTO

“Fənərbaxça"nın prezidenti Ali Koç komandasının İzmirdə “Göztəpə” ilə oynadığı matçında baş verən hadisələr barədə danışıb.

Sportinfo.az xəbər verir ki, Ali Koç “Göztəpə” -“Fənərbaxça” qarşılaşmasından əvvəl mühafizəçilərin onların tərəfdarlarının formalarını alaraq yandırdığını iddia edib.

O, “Göztepe” nin stadion üzrə nümayəndəsi olan Fatih Özkanın çoxsaylı cinayət əməllərinin olduğunu deyib:

“Hələ meydana girməmişdik, stadiondan kənardaydıq. Formalarımızı polisin gözü qarşısında alıb yandırdılar.

Heç bir tədbir görülmədi. 2:0 öndəydik, azarkeşlərimiz “rəhbərlik, bizə sahib çıx” deyə qışqırırdı.

Ora getməyimin əsas səbəbi polislə azarkeşlər arasında yaranan mübahisə idi. Yaşananları yumşaltmaq, azarkeşlərin tribunalara keçməsi üçün refleks göstərməli idik.

Bəzi göstərişlərə zidd hərəkət etməli olduq. İstəməzdim ki, başqa hadisələr baş versin.

Nə oldu? Evakuasiya qapıları açıldı, azarkeşlərimiz tribunalara aparıldı”.

Superliqanın 2-ci həftəsində “Göztəpə” -“Fənərbaxça” matçı gərginliklə yadda qalıb. Ali Koç gözlənilmədən meydançaya daxil olub, yerli azarkeşlər ona yad əşyalar atıblar.

Daha sonra isə “Göztəpə” nin əməkdaşı Fatih Özkan əsəbi halda Ali Koçu arxadan itələyərək yerə yıxıb.

Baş verənlərlə bağlı İzmir polisində araşdırma aparılır, məhkəmə Fatih Özkanın ev dustaqlığı barədə qərar çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…