Türkiyə Superliqasında ikinci tura start verilib.
Sportinfo.az xəbər verir ki, turun açılış matçında son çempion “Qalatasaray” səfərdə “Konyaspor”un qonağı olub.
Rəqibini məğlub edən İstanbul təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.
Bu nəticədən sonra “Qalatasaray” 6 xalla turnir cədvəlində liderdir. “Konyaspor” isə 3 xalla beşinci pillədə qərarlaşıb.
“Konyaspor” - “Qalatasaray” 1:2
Qollar: Kərəm Aktürkoğlu, 41 (0:1), Oğulcan Ulqun, 45 (1:1), Barış Alper Yılmaz, 59 (1:2)