COP29

AFFA müqaviləni uzatmadı, yeni prezident mühüm vəzifə təklif etdi

22 İyul 14:00 Türkiyə 1 482
AFFA müqaviləni uzatmadı, yeni prezident mühüm vəzifə təklif etdi

AFFA Hakimlər Komitəsinin sədri postundan ayrılan Barış Şimşek yeni təklif alıb.

2 il ölkəmizdə çalışan funksionerinə Türkiyə Futbol Federasiyasından (TFF) dəvət gəlib.

Bilindiyi kimi, iyulun 18-də federasiyanın prezidenti vəzifəsinə növbədənkənar seçki keçirilib. Sözügedən vəzifəyə iki namizəd olub: İbrahim Hacıosmanoğlu və əvvəlki prezident Mehmet Büyükekşi.

Daha çox səs toplayan (134) İbrahim Hacıosmanoğlu federasiyanın yeni prezidenti seçilib. 2013-2015-ci illərdə “Trabzonspor”un prezidenti olmuş iş adamı 2027-ci ilin iyun ayına kimi vəzifəsini icra edəcək.

İbrahim Hacıosmanoğlu Barış Şimşeyi Mərkəzi Hakimlər Komitəsinin başına gətirmək istəyir. Tərəflər arasında danışıqlar ötən həftəsonu başlayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti