“Qalatasaray” və “Beşiktaş” arasında Türkiyə Super Kubokunun final matçının keçiriləcəyi tarix və məkan bəlli olub.
Sportinfo.az xəbər verir ki, qarşılaşma avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.
Matçın start fiti Bakı vaxtı ilə 21:45-də səslənəcək.
Ptən mövsüm “Qalatasaray” Türkiyə Super Liqasının qalibi, “Beşiktaş” isə ölkə kubokunun sahibi olub.