COP29

“Bozqurd” işarəsi ilə məşhurlaşan müdafiəçi “Fənərbaxça”ya dönəcək?

10 İyul 00:10 Türkiyə 667
“Bozqurd” işarəsi ilə məşhurlaşan müdafiəçi “Fənərbaxça”ya dönəcək?

Türkiyə millisinin və Səudiyyə Ərəbistanının “Əl Əhli” klubunun müdafiəçisi Merih Demiral “Fənərbaxça”ya keçə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, İstanbul klubu təcrübəli oyunçu üçün artıq danışıqlara başlayıb.

Qeyd edək ki, Merih Demiral “Fənərbaxça” Futbol Akademiyasının yetirməsidir.

Karyerası ərzində “Sportinq”, “Sassuolo”, “Yuventus” və “Atalanta” forması geyinib. O, ötən mövsüm transfer olunduğu “Əl Əhli”də 21 matçda meydan çıxıb, 1 qol, 1 assistlə yadda qalıb.

Merih Demiral Türkiyə millisinin heyətində 48 oyun keçirib və 4 qol vurub.

Müdafiəçi daha çox AÇ-2024-də Avstriyanın qapısına vurduğu iki qolla gündəmə gəlmişdi. O, qol sevincini “bozqurd” işarəsi tutaraq qeyd etmişdi və UEFA tərəfindən 2 oyunluq cəzalandırılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?