“Fənərbaxça” müdafiəçi Serdar Azizlə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk müdafiəçi baş məşqçi Joze Mourinyonun planlarına daxil olmayıb. 33 yaşlı futbolçu artıq komandanın düşərgəsini tərk edib.
“Fənərbaxça” Serdar Azizi 2019-cu ilin yanvar ayında “Qalatasaray”dan transfer etmişdi.
Türkiyə millisinin sabiq üzvü ötən mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.