COP29

UEFA Merih Demirala cəza verdi - "“Bozqurd”a görə

5 İyul 18:20 Türkiyə 683
UEFA Merih Demirala cəza verdi -

UEFA Avro-2024-ün 1/8 final mərhələsində Avstriya ilə oyunda qol sevincini “boz qurd” işarəsi ilə bölüşən Türkiyə millsinin üzvü Merih Demiralı cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 26 yaşlı müdafiəçiyə iki oyunluq cəza verilib.

Bu isə o deməkdir ki, Demiral 1/4 finalda Niderlandla keçiriləcək oyunu və əgər komanda yarımfinala adlayırsa, həmin mərhələnin matçında meydanda olmayacaq.

Türkiyə Futbol Federasiyası (TFF) və Merih Demiralın məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyi bildirilib.

Türkiyə mediasını yazdığına görə, cəza Almaniya hökumətinin müraciətindən sonra qəbul edilib.

Merih Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyunda dubl etmişdi. Merihin bu oyunda "boz qurd" işarəsi göstərməsi UEFA-nın İntizam Komitəsi tərəfindən uyğunsuz davranış kimi qiymətləndirilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti