COP29

“Real” da hər şeyi qazanmaq üçün meydana çıxırsan, görürəm ki...” - Ronaldo Ardaya dedi

25 İyun 18:20 Türkiyə 2 324
“Real” da hər şeyi qazanmaq üçün meydana çıxırsan, görürəm ki...” - Ronaldo Ardaya dedi

Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo ilə “Real”ın türkiyəli oyunçusu Arda Gülərin görüşdüyü iddia edilib.

Sportinfo.az “Defensa Central” istinadən xəbər verir ki, ulduz futbolçu Türkiyəyə qarşı keçirdikləri matçdan sonra A.Gülərlə soyunma otağının dəhlizində qarşılaşıb.

39 yaşlı dünya ulduzu Arda Gülərə bu sözləri deyib: “Real” da hər zaman hər şeyi qazanmaq üçün meydana çıxırsan, görürəm ki, ruhun eynidir”.

Kriştiano ilə söhbət etməyin Ardaya böyük xoşbəxtlik verdiyi də iddia edilir.

Oyundan sonra Ronaldonun Ardaya əhəmiyyət verməməsi görüntüləri yayılaraq, müzakirəyə çevrilmişdi.

Matç Portuqaliyanın Türkiyə üzərində 3:0 hesablı qələbəsi ilə bitmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?